miçilik kompyuter a
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yeni açıq müsabiqələr elan edib. Belə ki, şirkət kompyuter, polad borular və tikinti materialları satın alır. Müraciət üçün son müddət kimi 2017-ci il 11 iyul tarixi müəyyənləşdirilib. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Müsabiqədə iştirak etmək istəyən şəxslər www.acsc.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Sənədlər Azərbaycan dilində,2 nüsxədə (əsli və sürəti) tərtib olunmalıdır. Xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir. Ünvan: Bakı, Rəsulzadə küçəsi 5. Əlaqə telefonu (012) 493-41-52: (012) 404-37-00 daxili:1132
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır