Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-17,
Seanews
Heyder Eliyev

“COSCO Shipping Ports Limited” şirkəti  “HHLA Tollerort” konteyner terminalında pay almaq üçün müqaviləni təxirə salır

Çinin “COSCO Shipping Ports Limited” şirkəti Hamburqdakı “HHLA Tollerort” (“Container Terminal Tollerort” – “CTT”) konteyner terminalında 35 faiz pay almaq üçün müqavilə bağlamağı müvəqqəti olaraq təxirə salır.

“Müqavilənin bağlanması üçün ilkin şərtlərin yerinə yetirilməsi çox vacibdir. Sentyabrın 20-nə olan məlumata görə, onlar yerinə yetirilməyib, “COSCO Shipping Ports”, “Grand Dragon” və “HHLA” sövdələşməni bağlamağa sadiqdirlər və son tarixi 31 dekabr 2022-ci ilə qədər uzatmağa razıdırlar”,-deyə şirkətin açıqlamasında bildirilir.

“COSCO Shipping Ports Limited”-də düşünürlər ki, müqavilənin bağlanması üçün ilkin şərtlər mütləq yerinə yetirilməlidir.

“Razılaşmanın baş tutacağına heç bir əminlik yoxdur. Buna görə də şirkətin səhmdarları və potensial investorları şirkətin qiymətli kağızları ilə rəftar edərkən ehtiyatlı olmalıdırlar”, - deyə “COSCO” vurğulayır.

Xatırladaq ki, “Hamburger Hafen und Logistik AG” (“HHLA”) və “COSCO Shipping Ports Limited” (“CSPL”) “CSPL”-nin keçən payızda Hamburqdakı “HHLA Tollerort” konteyner terminalının nizamnamə kapitalına strateji investor kimi daxil olması barədə razılığa gəliblər. Lakin hakimiyyət Çindən asılı olmaqdan qorxduğu üçün Almaniya hökuməti arasında razılaşma ilə bağlı fikir ayrılıqları var idi.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır