Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-18,
Seanews
Heyder Eliyev

Cənubi Koreya tərsanələrində gəmiqayıranlara ehtiyac var

Cənubi Koreyanın gəmiqayırma zavodlarında ixtisaslı gəmiqayıranların sayı son on ildə ən aşağı səviyyəyə düşüb.

"Seanews.az" xəbər verir ki, yeni gəmilərin tikintisində əldə edilən uğurların risk altına düşmə təhlükəsi yaranıb:gəmiqayırma sənayesi ixtisaslı kadrların axını ilə üzləşib.

“Business Korea” ekspertlərinin fikrincə, milli gəmiqayırma müəssisələrində ciddi işçi çatışmazlığı var və bu gedişlə vəziyyət daha da pisləşə bilər. 

Ümumiyyətlə, 2015-ci ilin dekabrından 2021-ci ilin dekabrınadək gəmiqayırma sahəsində çalışan işçilərin ümumi sayı iki dəfədən çox - 202 min nəfərdən 93 min nəfərə qədər azalıb və sürətlə azalmaqda davam edir.

Sənayenin subpodratçıları üçün daha çətin vəziyyət yaranıb. “COVID-19” pandemiyası ilə bağlı məhdudiyyətlər əmək haqqının artırılmasına baxmayaraq, xarici işçilərin ölkəyə cəlb edilməsinin qarşısını əhəmiyyətli dərəcədə alıb. Bundan əlavə, 52 saatlıq iş həftəsinin tətbiqi artıq çalışanların “əlavə işə görə əlavələr” almaq imkanlarını azaldıb ki, bu da ən təcrübəli işçilərin sürətlə getməsinə səbəb olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır