Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-18,
Seanews
Heyder Eliyev

“Maersk” şirkəti qadınlara etimad göstərir

“A.P. Moller – Maersk”-nin səhmdarlarının oktyabrın 15-də keçiriləcək illik ümumi yığıncağında İdarə Heyətinə yeni üzvlər seçiləcək. İştirakçılar Marika Fredriksson və Yuliya Voytiekutenun namizədliyini götür-qoy edəcəklər.

“Seanews.az” xəbər verir ki, M. Fredriksson İsveç vətəndaşıdır, Helsinkidə İsveç İqtisadiyyat və Biznes Məktəbinin magistr dərəcəsinə malikdir, beynəlxalq tikinti şirkətlərində yüksək maliyyə vəzifələrində (Baş maliyyə direktoru) işləyib, hazırda “Vestas Wind Systems A/S” Group-un icraçı vitse-prezidenti vəzifəsini tutur, “AB Industrivärden” və “Sandvik AB”-in Direktorlar Şurasının üzvüdür.

J. Voitiekute Litva vətəndaşıdır, Sankt-Peterburqda İqtisadiyyat və Maliyyə Universitetini bitirib, təhsilini Kopenhagen Biznes Məktəbində davam etdirib. “A.P. Moller – Maersk” şirkətində 2008-ci ildən işləyir və hazırda karbonsuzlaşdırma üzrə baş inteqrasiya meneceri vəzifəsini icra edir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır