Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

"Abeskun" teploxodu Volqa-Xəzər dənizi kanalında saya oturub

Filanovski yatağı - Həştərxan limanı marşrutu ilə hərəkət edən  "Abeskun" quru yük gəmisi Volqa-Xəzər dənizi kanalının 158 km-də saya oturub.

“Seanews.az” Rusiya Fövqəladə Hallar Nazirliyinin Həştərxan vilayəti üzrə baş idarəsinin məlumatına istinadən xəbər verir ki, heyəti 8 nəfərdən ibarət gəmidə xəsarət alan yoxdur. Neft məhsullarının sızması aşkar edilməyib və kanalda hərəkət pozulmayıb.

Artıq “Tarpan” yedək gəmisi "Abeskun" teploxoduna kömək etmək üçün yola düşüb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır