Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-18,
Seanews
Heyder Eliyev

Balear adaları gələn il tarixində ən böyük investisiya strategiyasını həyata keçirəcək

2022-ci ildə Balear adaları hökuməti tarixində ən böyük investisiya strategiyasını həyata keçirəcək - 940 milyon avrodan artıq vəsait ətraf mühitin mühafizəsi, alternativ enerji mənbələrinə keçidin təmin edilməsi, elmi-tədqiqat layihələri və digər istiqamətlərə yönələcək.

AZƏRTAC xəbər verir ki, Balear adalarının hökuməti gələn il üçün 6,4 milyard avro məbləğində büdcə layihəsini təsdiqləyib.

Balear adaları Prezidenti Fransin Armenqolun sözlərinə görə, bu büdcənin 2020-ci ildə ÜDM-in 17,8 faiz azalmasına səbəb olan COVID-19 pandemiyasından əhəmiyyətli dərəcədə ziyan çəkmiş adaların iqtisadi bərpasının mühərriki olması nəzərdə tutulur.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır