Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-19,
Seanews
Heyder Eliyev

Meksikanın “Pemex” dəniz platformasında partlayış olub

Meksikanın “Ku-Alfa” körfəzindəki neft platformasında şənbə günü baş verən partlayış və yanğın nəticəsində altı nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən yerli KİV bildirib.

"Syudad-del-Karmendən 100 kilometr məsafədə yerləşən “Petróleos Mexicanos” (“Pemex”) şirkətin neft platformasında partlayışın olduğu bildirilir. “Ku-Alfa” platformasında altı yaralının olduğu təsdiq edilib", - “Tribuna Campeche” nəşri tvitterdə bildirib.

“Pemex” şirkətindən qeyd edilib ki, hadisə haqqında hələ rəsmi hesabat hazırlanmayıb.

“Ku-Alpha” dəniz platforması iri “Ku Maloob Zaap” kompleksinin tərkibində fəaliyyət göstərir. Bu, Meksikanın ən iri yataqlarından biridir. “Ku-Alpha” dəniz platformasında gündə təxminən 640 min barel ağır neft hasil edilir. Yatağın ehtiyatları 4,9 milyard barel qiymətləndirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır