Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-19,
Seanews
Heyder Eliyev

Olviya dəniz limanının yenilənmiş inkişaf planı təsdiqlənib

Ukrayna İnfrastruktur Nazirliyi Olviya xüsusi dəniz limanının qısa (5 il), orta müddətli (10 il) və uzunmüddətli (25 illik) inkişaf planını təsdiqləyib.

"Seanews.az" xəbər verir ki, bu barədə Ukrayna Dəniz Limanları Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Sənəd limanın inkişafının əsas istiqamətlərini müəyyən edir və onun rəqabət qabiliyyətinin artırılmasına yönəlib. Plan, icraçıları özəl investorlar olan 5 investisiya layihəsinin gerçəkləşdirilməsini nəzərdə tutur.

Yeni tikinti, yenidənqurma və modernləşdirmə ilə bağlı planlaşdırılan bütün tədbirlərin həyata keçirilməsindən sonra 450-dən çox iş yeri açılacaq, limanın yükaşırma qabiliyyəti xeyli artacaq, dövlət və yerli büdcələrə əlavə vəsaitlər daxil olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır