Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-19,
Seanews
Heyder Eliyev

“PowerX” dənizdən elektrik enerjisi ötürmək üçün gəmi inşa edəcək

Yaponiyanın “PowerX” şirkəti 2025-ci ilədək dənizdəki külək elektrik stansiyalarından elektrik enerjisinin ötürülməsi üçün avtomatlaşdırılmış gəmi inşa etməyi planlaşdırır.

“”Seanews.az”, “Power ARK” seriyasından “Power ARK 100” adlı ilk gəmi Yaponiyanın sahil sularında üzmək üçün xüsusi olaraq hazırlanmış 100 TEU həcmli trimarandır. O, 100 şəbəkə batareyası ilə təchiz ediləcək və 22 min evin ümumi elektrik istehlakına bərabər olan 200 MVt / saat enerji ötürə biləcək.

Layihəyə görə, elektriklə sahildən  300 km məsafədə işləyəcək gəmi , bioyanacaq və elektrik enerjisindən istifadə edərsə, daha böyük məsafədə fəaliyyət göstərə bilər.

“PowerX” şirkəti bu planları həyata keçirmək üçün gəmiləri batareyalarla təchiz edəcək xüsusi  bir zavod da tikəcək.  Zavodun gücünün 2028-ci ilədək 5 GVt / saata çatdırılması nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır