Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-18,
Seanews
Heyder Eliyev

Mərmərə dənizini necə xilas etməli?

Mütəxəssislər Mərmərənin dəniz seliyinin əsarətinə düşməsinə səbəb kimi su hövzəsinə təmizlənməmiş sənaye sularının yönəldilməsini və orta temperaturun artmasını göstərirlər.

Türkiyədə, Mərmərə dənizinin sahillərində ekoloji fəlakət yaşanır: su səthi ilə sahil kənarını qalın tünd rəngli iyrənc məhlul bürüyüb. Onu, adətən, dəniz seliyi adlandırırlar. Sahilin və dəniz suyunun təmizlənməsi üçün əl altında olan bütün vasitələrdən, o cümlədən texnika və dalğıclardan istifadə olunur.

Özlüyündə dəniz seliyi təbii yaşıl lildir, isti havada və suyun çirklənməsi nəticəsində “yemi” bol olan zaman çox sürətlə artır.

Yerli dalğıclar bildiriblər ki, Mərmərədə hətta 25-30 m dərinlikdə də dəniz seliyinə rast gəliblər. Bu cür hadisə mərcan rifləri ilə dəniz canlılarının məhvinə gətirib çıxara bilər, hətta bəzi dib heyvanları – istridyələr, midiyalar, dəniz ulduzları təhlükə altındadır. Ümumilikdə suda oksigenin miqdarı da xeyli azaldığından həm bioloji müxtəliflik, həm də balıqçılıq böyük zərər görür.

Mütəxəssislər Mərmərənin dəniz seliyinin əsarətinə düşməsinə səbəb kimi su hövzəsinə təmizlənməmiş sənaye sularının yönəldilməsini və orta temperaturun artmasını göstərirlər.

Əvvəllər Mərmərə dənizində bu miqdarda dəniz seliyinə rast gəlinməyib. Axarların təmizlənməsi üçün təcili tədbirlər görülərsə, o zaman suda oksigenin miqdarı beş-altı ilə bərpa oluna bilər.

Eyni zamanda alimlər dəniz seliyinin utilizasiya üsulları, ondan kənd təsərrüfatı üçün enerji istehsalında istifadəsi yollarını fikirləşirlər.

sputnik.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır