Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-18,
Seanews
Heyder Eliyev

Süveyş kanalı rəhbərliyi və “Evergreen” şirkəti ümumi razılığa gəliblər

Süveyş Kanalı İdarəsi və Sohey Kisen (“Evergiven” konteyner gəmisinin sahibi) təzminat ödənişinin icrasına dair müqavilə imzalayıb.

“Seanews.az” xəbər verir ki, tərəflər arasında razılaşma iki həftəlik danışıqlardan sonra əldə edilib. 

Hazırda gəmi sahibi, gəmi sığortaçıları və kanal idarəsi rəsmiləri məsələni ən qısa müddətdə həll etmək və konteyner gəmisini sərbəst buraxmaq üçün çalışır.

Tərəflərin razılaşdırdığı təzminat məbləğinin təfərrüatları hələ açıqlanmayıb. Əvvəlcə 900 milyon dollar tələb edən kanal rəhbərliyi bir qədər sonra təzminat məbləğini 550 milyon dollara qədər endirmişdi.

Xatırladaq ki, “Evergiven” konteyner gəmisi artıq üç aydır ki, kanal İdarəsi ilə gəmi sahibi arasında yaranmış mübahisə səbəbindən girov kimi saxlanılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır