Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-17,
Seanews
Heyder Eliyev

ABŞ xarici ölkə dənizçilərinin peyvənd olunmasına start verib 

Bu gün ABŞ-ın 25 ştatı xarici gəmilərin heyət üzvlərinə pulsuz koronavirus peyvəndləri təklif edir.

“Seanews.az” xəbər verir ki, gəmiçilik şirkətləri və gəmi sahibkarları ABŞ rəsmiləri ilə bu mövzuda sistematik danışıqlara başlayıblar.

İndiyə qədər Kaliforniyanın Lonq-biç və Los-Anceles limanlarında xarici ölkə vətəndaşı olan 452 nəfər dənizçi artıq peyvənd olunub. Daha 477 nəfərin peyvənd olunması üçün hazırlıq işləri görülür.

Xarici ölkə dənizçilərini peyvənd etmək tendensiyasına Florida hökumətinin “Restart” layihəsi ilə start verilib. Bir qədər sonra digər ştatlar da bu layihəyə qoşulublar.

Dənizçilərin peyvəndlənməsi artıq ABŞ-ın Oklend, Tampa, Mayami, Portlend, Nyuark, Halveston, Hyuston, Port-Artur, Sietl, Norfolk və digər iri şəhərlərində həyata keçirilir.

Xarici ölkə dənizçilərinin peyvənd olunması üçün şəxsiyyət vəsiqəsini təqdim etməsi kifayətdir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır