Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-19,
Seanews
Heyder Eliyev

Oxot dənizində Yaponiya və Rusiya gəmiləri toqquşub, ölənlər və xəsarət alanlar var

Yaponiyanın balıqçı gəmisi "Day-xati Xokko-maru" Oxot dənizində Hokkaydo adasının Mombesu şəhəri sahillərində Rusiyanın "Amur" gəmisi ilə toqquşub.

“Report” xəbər verir ki, bu barədə şəhərin dənizdə təhlükəsizlik xidmətinə istinadən NHK telekanalı xəbər verib.

Bildirilir ki, hadisə çərşənbə günü səhər olub.

Hadisə zamanı 3 nəfər xəsarət alıb. Hadisənin təfərrüatı açıqlanmır.

“Kiodo” informasiya agentliyi isə bildirib ki, hadisə nəticəsində "Day-xati Xokko-maru" ekipajının bir neçə üzvü həlak olub. Qeyd edilir ki, qəza zamanı Yaponiya gəmisi çevrilib, heyət üzvləri dənizə düşüblər. Onların hamısı "Amur" gəmisinin göyərtəsinə qaldırılıb. Hadisə zamanı xəsarət almış üç yapon balıqçısı həlak olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır