Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-19,
Seanews
Heyder Eliyev

Rusiyalı alimlər Suriyada Qədim Romaya aid limanın qalıqlarını aşkar ediblər 

Tartus (Suriya) akvatoriyasında arxeoloji tədqiqatlar zamanı  Qədim Romaya aid olduğu təxmin edilən limanın qalıqları aşkarlanıb.

“Seanews.az” xəbər verir ki, axtarışlar zamanı hidravlik tikililərin qalıqları, mayak və dörd mərmər sütun tapılıb.

Ekspertlərin fikrincə, materialın analizi obyektin dəqiq yaşını öyrənməyə imkan verəcək. Alimlərin sözlərinə görə, aşkar edilmiş obyekt bizim eranın I əsrinin dəniz qalası da ola bilər.

Bundan əlavə, missiya iştirakçıları qədim dövrə aid lövbər dayanacaqlarının qalıqlarını da aşkar ediblər.

Tapıntılar arasında yunan amforalarının qalıqları, Finikiya və Misir vazaları, Romada işlədilən daşdan hazırlanmış məişət əşyalarının tədqiqatı, bu ərazini Aralıq dənizi ilə birləşdirən dəniz ticarət yollarının öyrənilməsinə kömək edəcək. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır