Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-19,
Seanews
Heyder Eliyev

Çində yeni nəsil kruiz gəmisi istifadəyə verilib - VİDEO

Çində “Viking Glory” adlı yeni kruiz gəmisi istifadəyə verilib. Bu, dünyanın ən ekoloji gəmisi hesab edilir.

“Seanews.az” xəbər verir ki, yeni gəmi “NextGen Link” layihəsi çərçivəsində 2020-ci ildə inşa edilib.

Layihənin məqsədi maye qazla işləyən gəmi istismara verərək sərnişin və yük daşımalarını təkmilləşdirmək və limanların infrastrukturunu yaxşılaşdırmaqdan ibarətdir.

“Viking Glory” gəmisi sələfi “Viking Grace” gəmisindən fərqli olaraq daha böyükdür və  10% daha az yanacaq sərf edir. Bu xüsusiyyət onu dünyanın ən qənaətli gəmiləri siyahısına daxil edir.

Uzunluğu 222 metr olan gəminin sərnişin tutumu 2800 nəfərə bərabərdir. Gəminin heyəti 200 nəfərdən ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır