Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-20,
Seanews
Heyder Eliyev

Barens dənizində batan balıqçıların axtarışı dayandırılıb

Barens dənizində batan "Oneqa" balıqçı gəmisinin ekipaj üzvlərinin axtarışı dayandırılıb. 

"Seanews.az" xəbər verir ki, bu barədə Rusiyanın Dəniz və Çay Nəqliyyatı Federal Agentliyi məlumat yayıb. 

Bildirilib ki, zərərçəkənlər və axtarış obyektləri tapılmayıb. 

Qeyd edək ki, "Oneqa" balıqçı gəmisi ötən il dekabrın 28-də Arxangelsk əyalətinin Novaya Zemlya arxipelaqı yaxınlığında batıb. Gəmidəki 19 nəfərdən yalnız ikisini xilas etmək mümkün olub, 17 dənizçi ölüb. Hadisə ilə bağlı cinayət işi başlanıb. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır