Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-20,
Seanews
Heyder Eliyev

Misir iki dənizdə neft və qaz yataqlarının kəşfiyyatı və istismarı üçün yeni müqavilələr bağlayıb

Misir Aralıq dənizindəki regional sularda və Qırmızı dəniz sahillərində neft və qaz yataqlarının kəşfiyyatı və istismarı üçün yerli və xarici enerji şirkətləri ilə 1 milyard dollarlıq yeni müqavilələr bağlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə bildirən Misirin neft naziri Tarik Əl-Molla yaxın aylarda 6 şirkətin daha 17 quyu qazacağını bəyan edib. Onun sözlərinə görə, Misir neft-qaz sektoruna yeni sərmayələr cəlb edir və dünyanın iri enerji şirkətləri ilə bu istiqamətdə danışıqlar aparılır.

Ötən ilin martında Misir 23 neft-qaz quyusunun qazılması üçün “Exxon Mobil”, “Chevron” və “Total” şirkətləri ilə 1,4 milyard dollarlıq kontraktlar imzalamışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır