Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-12,
Seanews
Heyder Eliyev

"Oruç Reis" gəmisinin fəaliyyət müddəti uzadılıb

"Oruç Reis" kəşfiyyat-axtarış gəmisinin Aralıq dənizinin şərqində fəaliyyət göstərəcəyi sahə üçün yeni "Navtex" (dənizçilərə elan) elan edilib.

"Seanews.az" xəbər verir ki, gəminin sözügedən ərazidə fəaliyyəti 15 iyun 2021-ci il tarixinədək uzadılıb. 

"Oruç Reis" gəmisinin daha əvvəl 29 noyabr 2020-dək bölgədə fəaliyyət göstərəcəyi bəyan edilmişdi. 

“Oruç Reis” kəşfiyyat-axtarış gəmisi kontinental sahə və təbii resurs axtarışları başda olmaqla, 2 və 3 ölçülü bir sıra araşdırmalar aparmaq imkanı olan mexanizmlərə malikdir. Belə ki, gəmi 8 min metr dərinliyə qədər 3 ölçülü, 15 min metr dərinliyə qədər isə 2 ölçülü seysmik əməliyyatlar reallaşdırır. “Oruç Reis” dünyada tam təchizatlı və çoxməqsədli nadir araşdırma gəmilərindən biridir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır