Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-18,
Seanews
Heyder Eliyev

Filippində Ro-Ro gəmisində yanğın baş verib

İyulun 23-də Filippinə məxsus “Filipinas Dinagat”  Ro-Ro gəmisində yanğın baş verib.

"Seanews.az" xəbər verir ki, yanğın gəminin göyərtəsindən başlayıb. Kapitan təxliyə əmrini verdikdən sonra  47 nəfər heyət üzvünün hamısı xəsarət almadan gəmini tərk ediblər.

Yanğın səbəbindən idarədən çıxmış gəmi dənizdə özbaşına üzməyə başlayıb. Hadisə yerinə köməkçi mütəxəssislər çağırılıb.

Yanğının səbəbləri hələlik məlum deyil.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır