Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-20,
Seanews
Heyder Eliyev

Van gölündən çıxarılan cəsədlərin sayı altmışa çatıb

Türkiyənin Van gölündə qaçqınları daşıyan qayığın batması ilə əlaqədar aparılan axtarışlar nəticəsində sudan çıxarılan cəsədlərin sayı altmışa çatıb.

İyulun 1-də batan qayıqda itkin düşən şəxslərin axtarışı Türkiyə Milli Müdafiə Nazirliyinin birinci dərəcəli dalğıc heyəti tərəfindən həyata keçirilib. Sualtı axtarış cihaz sistemindən istifadə edərək qayığın təxminən 107 metr dərinlikdə olduğu müəyyən edilmişdi. Hadisənin birinci günü cəmi 6 cəsəd tapılmışdı.

Qayıq batarkən orada 55-60 qaçqının olduğu bildirilirdi. Ehtimal olunur ki, hadisə nəticəsində itkin düşənlərin hamısının cəsədi tapılıb.

Qeyd edək ki, hadisə ilə əlaqədar cinayət işi açılıb. Qanunsuz miqrasiya həyata keçirməkdə şübhəli bilinən yeddi nəfərin saxlanıldığı bildirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır