Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-13,
Seanews
Heyder Eliyev

“Costa Group”un yeni kruiz gəmisinin adlandırma mərasimi keçirilib

İtaliyanın Savona limanında “Costa Group” şirkətinə məxsus kruiz gəmisinin adlandırılması mərasimi keçirilib.

Məşhur aktrisa Penelopa Kruzun iştirak etdiyi mərasimdə gəminin "Costa Smeralda" adlandırıldığı açıqlanıb.

Finlandiyanın “Meyer Turku” gəmiqayırma zavodunda tikilən kruiz gəmisinin mühərrikləri LNG yanacağı ilə işləyir. Üzən vasitə tullantıları əhəmiyyətli dərəcədə azalda bilən texnologiyalarla təchiz edilib.

“Costa Group” dünyada LNG ilə işləyən gəmilərin inşasını sifariş verən ilk şirkətdir. Şirkət bundan əvvəl “AİDAnova” gəmisini istfadəyə vermişdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır