Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

“Nüvə qışı” dənizlərin ekosisteminə dağıdıcı təsir göstərir

ABŞ ekoloqları müəyyən ediblər ki, lokal və ya qlobal nüvə müharibəsi nəticəsində “nüvə qışı”nın gəlməsi nəinki quruda yaşayan bitkilərin, həm də dənizlərdə molyuskların məhvinə gətirib çıxaracaq.

Bu barədə Ratqers Universitetinin (ABŞ, Nyu-Cersi) mətbuat xidməti məlumat yayıb. Universitetin professoru Alan Robok bildirib ki, nüvə müharibəsi nəticəsində yaranan iqlim dəyişikliyinin quruda yaşayan bitkilərə təsir edəcəyi alimlərə çoxdan məlumdur. Onlar sağ qalmış insanların dənizdən qida əldə etmək məsələsi üzərində düşünürlər.

Tarixçilərin və hərbi ekspertlərin fikrincə, nüvə dövlətləri və nüvə silahına sahib olmaq istəyən ölkələr ötən əsrin ikinci yarısından etibarən çoxsaylı silah, o cümlədən 15 minədək ballistik raket ucluğu, aviasiya bombaları və digər partlayıcı qurğular toplayıblar. Alimlər bildirirlər ki, bəşər həyatı üçün təhlükə doğuran nüvə zərbələri və ya onların yaydığı radiasiya deyil, kütləvi aclıq və “nüvə qışı”nın düşməsi ilə əlaqədar aşağı temperaturdur.

Alan Robok və onun həmkarları lokal və ya qlobal nüvə münaqişələrinin dənizlərin flora və faunasına təsiri ilə maraqlanıblar. Çünki nüvə müharibəsi zamanı atmosferə buraxılan toz və hissəciklərin mühüm bir hissəsi Dünya okeanına düşəcək. Bu proses, eləcə də suların temperaturunun aşağı düşməsi dənizlərin ekosisteminə təsir edərək onların tərkibində duzluluğu, turşuluğu və digər mühüm parametrləri dəyişəcək.

Amerikalı alimlər müasir iqlim modellərindən, dörd müxtəlif nüvə münaqişəsindən istifadə edərək bu dəyişikliyi təfsilatı ilə hesablayıblar. Məlum olub ki, Alan Robok və onun sələfləri “nüvə qışı”nın dəniz ekosistemləri üçün fəsadlarını lazımınca qiymətləndirməyiblər. Amerikalı ekoloqların hesablamalarına görə, Dünya okeanına böyük miqdarda CO₂ və digər maddələrin düşməsi dənizin turşu-qələvi balansını və kimyəvi tərkibini xeyli dərəcədə dəyişəcək. Bu da öz növbəsində molyusk, mərcan polipləri, habelə müxtəlif növ planktonların həyatına, onları formalaşdıran mühitin mövcudluğuna təsir edəcək. Bu orqanizmlər məhv olub suya qarışdıqdan sonra onların formalaşması üçün şərait olmayacaq. Odur ki, “nüvə qışı”nda Dünya okeanının insanlar üçün qida mənbəyi olması fikri ağlabatan deyil.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır