Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-10,
Seanews
Heyder Eliyev

BƏƏ dəniz gəmiçiliyinin təhlükəsizliyinin təmin edilməsi üzrə beynəlxalq koalisiyaya qoşulacaq

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Körfəz rayonunda dəniz gəmiçiliyinin təhlükəsizliyinin təmin edilməsi üzrə beynəlxalq koalisiyaya qoşulmağı qərara alıb.

WAM Dövlət İnformasiya Agentliyi bu barədə BƏƏ Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin təhlükəsizlik sahəsində əməkdaşlıq departamentinin direktoru Səlim əl-Zaaibinin bəyanatına istinadla məlumat yayıb.

Bəyanatda qeyd edilir ki, BƏƏ-nin bu alyansa qoşulmaqda məqsədi dəniz gəmiçiliyinə və dünyada ticarətə qarşı təhdidlərlə mübarizədə regional və beynəlxalq səyləri dəstəkləmək, enerji təhlükəsizliyini, enerji ehtiyatlarının dünya bazarlarına göndərilməsini təmin etmək, beynəlxalq sülhü və sabitliyi dəstəkləməkdir. Qeyd olunur ki, beynəlxalq koalisiyanın fəaliyyət dairəsi Hörmüz və Bab Əl-Məndab boğazlarını, Oman dənizini və Körfəzi əhatə edir.

Məlumat üçün qeyd edək ki, sentyabrın 18-də Səudiyyə Ərəbistanı Körfəz rayonunda beynəlxalq koalisiyaya qoşulduğunu elan edib.

Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır