

İxtisaslı kadr çatışmazlığı səbəbindən ABŞ-də 17 dəstək gəmisi istismardan çıxarılır
Gəmiləri idarə etmək üçünixtisaslı dənizçilər çatışmadığından ABŞ-da Hərbi Dəniz Qüvvələrinə aid 17 köməkçi gəmidən heyətlərin çıxarılması planı hazırlanıb.
“Seanews.az” bu barədə “USNI News” ABŞ Hərbi Dəniz Daşımaları Komandanlığına istinadən xəbər verir.
Movcud donanmadan çıxarılmaq üçün iki təchizat gəmisi, bir yanacaqdoldurma gəmisi, 12 “Spearhead” sinifli sürətli nəqliyyat gəmisi və iki dəniz bazası müəyyən edilmişdir.
Bu gəmilərin istismardan çıxarılması mülki dənizçilərə ehtiyacı 700 nəfər azalda bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır