

Limanlar dənizçiləri meymun çiçəyi xəstəliyinə görə yoxlamağa başlayır
Dünyanın müxtəlif ölkələrindəki limanlar gəmi heyəti üzvləri üçün məcburi meymun çiçəyi testini tətbiq etməyə başlayır.
“Seanews.az” xəbər verir ki, artıq Sinqapur, Çin, Hindistan, Banqladeş və Uruqvayda bu cür sınaqlar aparılır.
Xəstəliyin yeni, daha yoluxucu ştammının aşkar edildiyi Afrikadan bu yaxınlarda qayıdan gəmi heyəti üzvləri üçün sınaqlar məcburidir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı meymun epidemiyasını bütün dünya üçün təhlükə yaradan fövqəladə vəziyyət kimi qiymətləndirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır