



Türkiyənin 4 konteyner limanı dünyanın 100 ən yaxşı dəniz limanı siyahısındadır
“Lloyd's List jurnalı” dünyanın ən yaxşı dəniz limanlarının siyahısını dərc edib.
Bu barədə “Seanews.az” “Yeni Şafak”-a istinadən xəbər verir.
“2023-cü ildə Türkiyənin Ambarlı, Kocaeli, Mersin və Tekirdağ limanları konteyner daşımaları üçün dünyanın ən yaxşı 100 limanı sırasına daxil edilib”, - Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
Nazirinin sözlərinə görə, respublikanın limanları müsbət dinamika nümayiş etdirir. Siyahıda Ambarlı limanı 64-cü, Kocaeli limanı 85-ci, Mersin limanı 91-ci və Tekirdağ limanı 100-cü yerdə qərarlaşıb.
2022-ci ildə 89-cu yerdə olan Kocaeli limanı 2023-cü ildə 85-ci yerə, 92-ci yerdə olan Mersin limanı 91-ci yerə yüksəlib. Siyahıda 100-cü olan Tekirdağ limanı yerini qoruyub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır