Tayvanın konteyner xətlərinin maliyyə nəticələrində artım qeydə alınıb
2024-cü ilin ikinci rübündə Tayvanda əsas konteyner xətlərinin -“Evergreen”, “Wan Hai” və “Yang Ming”-in maliyyə nəticələrində əhəmiyyətli dərəcədə artım qeydə alınıb.
“Seanews.az” xəbər verir ki, “The Loadstar”-in məlumatında belə deyilir.
“Evergreen” gəmiçilik şirkətinin gəliri birinci rüblə müqayisədə 20% artaraq 3,3 milyard dollara çatıb və əməliyyat gəliri 1 milyard dollar təşkil edib ki, bu da 2024-cü ilin birinci rübündən iki dəfə və 2023-cü ilin ikinci rübündən üç dəfə çoxdur.
“Evergreen” öz donanmasının 34%-ni Uzaq Şərq - Şimali Amerika səfərlərində, 37%-ni isə Uzaq Şərq və Avropa arasındakı marşrutlarda istismar edib.
“Wan Hai” gəmiçilik şirkətinin gəliri ikinci rübdə 55% artaraq 1,5 milyard dollara çatıb və əməliyyat mənfəəti əvvəlki rüblə müqayisədə 5 dəfə çoxdur. 2023-cü ilin ikinci rübündə şirkətin maliyyə nəticələrində 52,4 milyon dollar zərər qeydə alınmışdı.
“Yang Ming” xətti gəmiçiliyinin gəliri 51% artaraq 1,6 milyard dollar təşkil edib.