Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-26,
Seanews
Heyder Eliyev

Hindistanın daha bir gəmiqayırma zavodu ABŞ-ın hərbi gəmilərini təmir edəcək

Hindistanın Koçi şəhərində hökumətə məxsus olan “Cochin Shipyard Limited” (“CSL”) şirkəti “MSRA” ilə ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərini təmir etmək barədə razılığa gəlib.

“Seanews.az”  xəbər verir Kİ, "MSRA” qeyri-maliyyə müqaviləsidir. O, “Cochin Shipyard Limited”-də hərbi dəniz nəqliyyatının komandanlığı altında ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin təmirini asanlaşdıracaq.

Koçi gəmiqayırma zavodu Hindistanda “Larsen & Toubro” (“L&T”) və “Mazagon Dock Shipbuilders Limited” (“MDL”) şirkətlərindən sonra ABŞ ilə belə bir müqavilə bağlayan üçüncü gəmi istehsalçısıdır. Kattupallidə  “L&T”-nin tərsanəsi indiyədək ABŞ donanmasına dəstək verən üç gəmini təmir edib və mart ayında Böyük Britaniyanın bir döyüş gəmisi təmir üçün zavoda gəlib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır