Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-19,
Seanews
Heyder Eliyev

rkiyə Aralıq dənizinin şərqində birtərəfli kəşfiyyat qazma işlərinə yol verməyə

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Cənubi Kipr rəhbərliyinin Aralıq dənizinin şərqində birtərəfli qaydada karbohidrogen ehtiyatlarının axtarışına başlamaq niyyətini kəskin şəkildə pisləyib. Bu barədə yayılan açıqlamada bildirilir ki, Aralıq dənizindəki təbii sərvətlərdən bəhrələnmək adadakı hər iki tərəfin haqqıdır. Türkiyə tərəfi bildirir ki, yunan Kiprinin Aralıq dənizinin şərq səmtində kəşfiyyat-qazma işləri aparmaq üçün xarici şirkətlərə müraciət etməsi beynəlxalq hüquqa, o cümlədən BMT-nin sərhədlərə dair prinsiplərinə ziddir. Türkiyə qeyd olunan ərazilərdə hər hansı bir kəşfiyyat-qazma işlərinə yol verməyəcək, eyni zamanda, milli neft şirkətləri vasitəsi ilə Aralıq dənizinin şərqində özünə və Şimali Kiprə aid ərazilərdə qazma işlərinə başlayacaq. Nazirlik Cənubi Kiprin qeyd olunan çağırışı ilə bağlı bütün tərəfləri sağlam düşüncəli olmağa dəvət edib. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır