

Karib dənizində qayıq batıb, ölən və itkin düşənlər var
Karib dənizində, Panama-Kolumbiya sərhədi yaxınlığında miqrantları daşıyan qayığın batması nəticəsində azı 4 nəfər ölüb, 8 nəfər itkin düşüb.
"Seanews.az" xəbər verir ki, 14 nəfər xilas olunub. Axtarış-xilasetmə işləri davam edir.
Panama Sərhəd Xidmətinin məlumatına görə, ərazi cinayət təşkilatları tərəfindən qaçaqmalçılıq məqsədilə istifadə olunur. Hava cərəyanları və küləklərin yaratdığı güclü dalğalar səbəbindən bu marşrutda hərəkət etmək çətindir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır