

Şanxayda içərisində türkiyəli dənizçilərin də olduğu gəmi batıb
Şanxay sahillərində Marşal bayraqlı "OMEGA" gəmisi "MIRABELLA" adlı gəmi ilə toqquşma nəticəsində batıb.
Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Dənizçilik Baş İdarəsi məlumat yayıb.
Bildirilib ki, 16-sı türkiyəli olmaqla, 21 dənizçi xilas edilib.
"Gəminin 3-cü kapitanı ilə görüş keçirilib və sağlamlıq vəziyyəti yaxşı olan dənizçilərin gəmidən çıxarılması üçün Türkiyə Xarici İşlər Nazirliyi və Çinin Dənizdə Xilasetmə Koordinasiya Mərkəzi (MRCC) ilə koordinasiya təmin edilir", - deyə açıqlamada qeyd edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır