Çinin böyük avtomobil istehsalçıları öz donanmalarını yaradırlar - VİDEO
Yanvarın 15-də Çinin cənubundakı Quandin əyalətinin Şençjen limanında ölkənin avtomobil istehsalçısı “BYD” tərəfindən icarəyə götürülmüş” BYD Explorer №1” avtomobil daşıyıcısının ilk səfərə yola salınması mərasimi keçirilib.
“Seanews.az” xəbər verir ki, gəminin göyərtəsində 5 mindən çox yeni enerji vasitəsi (NEV) olub. Yanvarın 16-da “BYD Explorer No.1” gəmisi Niderlandın Vlissingen və Almaniyanın Bremerhaven limanlarına yola düşüb.
2023-cü ildə Çindən avtomobil ixracı əvvəlki ilə nisbətən 57,4% artaraq 5,22 milyon ədəd təşkil edib.
Qeyd edək ki, avtomobil ixracını artırmaq üçün “BYD”, “Chery” və “SAIC” daxil olmaqla, Çinin böyük avtomobil istehsalçıları öz donanmalarını yaratmağa başlayıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır