Britaniya hərbi gəmiləri bazada toqquşub – VİDEO
Britaniyanın iki minaaxtaran gəmisi – “HMS Chiddingfold” və “HMS Bangor” Bəhreyndəki bazada toqquşub.
“Seanews.az” xəbər verir ki, “HMS Chiddingfold” gəmisi geriyə hərəkət edərkən körpüdə dayanmış “HMS Bangor” minaaxtaranına çırpılıb. Nəticədə, “HMS Bangor” gəmisinin su xəttindən yuxarı hissəsində deşik açılıb.
Hadisəni araşdırmaq üçün Kral Hərbi Dəniz Qüvvələrinin xüsusi qrupu göndərilib. Qrup dəymiş ziyanı müəyyənləşdirəcək və nəticələrin aradan qaldırılması üçün tədbirlər planı hazırlayacaq.
Hərbi Dəniz Qüvvələrinin sözçüsü bildirib ki, hadisə nəticəsində heç bir itki yoxdur və araşdırma davam edərkən əlavə şərh vermək yersiz olardı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır