Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-18,
Seanews
Heyder Eliyev

“Grimaldi Group” yeni terminal alıb

“Grimaldi” şirkətlər qrupu (Neapol, İtaliya) törəmə müəssisəsi olan “AMT” (“Amsterdam Universal Terminal”) terminal operatoru vasitəsilə strateji aktivlər və Amsterdam limanında 20 illik konsessiya alıb.

“Seanews.az”-ın məlumatına görə, “EMA”-dan alınan aktivlər Niderlandın Amerikahaven bölgəsində yerləşir.

Terminalın sahəsi 200 min kvadratmetrdən çoxdur. Ərazisində bitişik anbarlar, anbar sahələri və logistik zonalar, həmçinin iki yanalma körpüsü var. İlk 500 metrlik terminal uzaq səfərlərə çıxan - okean xətlərinə xidmət edən gəmiləri qəbul etmək üçün nəzərdə tutulub. Təxminən 300 metr uzunluğunda ikinci terminal daxili marşrutlarda işləyən gəmiləri qəbul edir və onlara xidmət göstərir.

Dəniz xətlərinə xidmət edən “Grimaldi Group”-un gəmiləri 25 ildən çoxdur ki, Amsterdam limanına yan alır. Liman Şimali Avropa və Qərbi Afrika arasında müntəzəm olaraq Ro-Ro, konteyner, ümumi və layihə yüklərini daşıyan “Central Express” xidmətinə daxildir.

Qərargahı Neapolda (İtaliya) yerləşən “Grimaldi Group” gəmiçilik şirkətləri qrupu Grimaldi ailəsinə aiddir və bu gün Ro-Ro gəmilərinin ən böyük beynəlxalq operatorlarından biridir. Xətti gəmiçilik şirkəti böyük ölçülü yüklərin, təkərli nəqliyyat vasitələrinin və konteynerlərin dəniz daşınması üzrə ixtisaslaşıb. 2016-cı ilin avqustunda “Grimaldi Group” “Finnlines” bərə operatorunun mülkiyyətini əldə edib.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır