Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-18,
Seanews
Heyder Eliyev

2023-cü ilin yanvarında keçən ilin eyni ayı ilə müqayisədə 63% az gəmi sifariş verilib

2023-cü ilin yanvar ayında yeni gəmilərin tikintisi üçün dünya üzrə gəmiqayırma zavodlarına verilən sifarişlər 1,96 milyon registr tona (CGT) çatıb.

Bununla belə, Britaniya gəmiqayırma və gəmiçilik bazarının təhlili şirkəti olan “Clarkson Research”-in məlumatlarına əsasən bu rəqəm 2022-ci ilin yanvar ayı ilə müqayisədə 63% azdır.

Çin müəssisələri 1,12 milyon CGT (dünya üzrə cəmi 57%) təşkil edən 40 gəminin tikintisi üçün bağladıqları müqavilələrə görə birinci yerdədirlər.

Cənubi Koreya tərsanələrinə 640 000 CGT (dünya üzrə ümumi gəmiqayırma sifarişlərinin 33%-i) dəyərində 12 gəminin tikintisi üçün sifariş verilib.

2023-cü ilin yanvar ayının sonuna olan məlumata görə, dünyada gəmiqayırma sifarişlərinin həcmi 109,13 milyon CGT təşkil edib ki, bu da 2022-ci ilin dekabr ayının sonundakı göstəricidən 770 min CGT azdır. Çində yerinə yetirilməmiş sifarişlər 49,19 milyon CGT (45%), Cənubi Koreyada 37,58 milyon CGT (34%) təşkil edib.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır