Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-10,
Seanews
Heyder Eliyev

Qarabağ” yatağında qiymətləndirmə quyusu bu ilin II yarısında qazıl

Xəzərin Azərbaycan sektorunda yerləşən “Qarabağ” yatağında qiymətləndirmə quyusu- KPS-4 bu ilin II yarısında (III rübdə) qazılacaq. Bu barədə yatağın işlənməsi layihəsi üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin ictimai dinləmələrində layihənin rəhbəri Nüsrət Əliyev bildirib. Onun sözlərinə görə, hazırda yatağın işlənməsi üzrə ilkin layihələndirmə işləri davam edir və işlər bu ayın sonunda yekunlaşdırılacaq: “Daha sonra əsaslı layihələndirmə mərhələsinə keçiləcək və bu da ilin sonuna tamamlanacaq”. Qeyd edək ki, qazma işləri Dədə Qorqud qazma qurğusu vasitəsilə aparılacaq. Sənəddə qeyd olunub ki, KPS-4 kəşfiyyat quyusu 3500 dərinliyə hesablanıb. “Qarabağ” yatağı Azərbaycan Dövlət Neft Şirkətinin SOCAR “Azneft” İstehsalat Birliyinin “28 May” Neft-Qaz Çıxarma İdarəsinin akvatoriyasındadır.  2017-ci il dekabrın 20-də SOCAR və “Statoil” şirkətləri “Qarabağ” yatağının işlənməsi ilə bağlı risk xidmətləri üzrə perspektivli əməkdaşlığın əsas prinsiplərini razılaşdırıb və qazma işləri də bu saziş çərçivəsində həyata keçiriləcək.  Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır