Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-10,
Seanews
Heyder Eliyev

Petkim Holding”in mənfəəti 90% ar

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə  məxsus olan “Petkim Holding”in 2017-ci ilin yekunlarına dair maliyyə göstəriciləri açıqlanıb. Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasından verilən xəbərə görə, ötən il “Petkim Holding”in gəlirləri əvvəlki ilə nisbətən 62,4% artaraq  7,364 mlrd. lirə (təxminən 1,933 mlrd. ABŞ dolları) təşkil edib. 2017-ci ildə şirkətin xalis mənfəəti isə 1,389 mlrd. lirə (təxminən 365 mln. ABŞ dolları) olu. Bu da 2016-cı illə müqayisədə 90% çoxdur. Bu il yanvarın 1-nə “Petkim Holding”in aktivləri 7,789 mlrd. lirə (təxminən 2,05 mlrd. dollar) təşkil edib. Bu isə ötən il yanvarın 1-nə nisbətən 24,2% çoxdur.  Qeyd edək ki, SOCAR 2008-ci ildə “Petkim”in 51%-lik səhm paketini 2,04 mlrd. dollara alaraq Türkiyədəki fəaliyyətinə başlayıb. Şirkətin qalan səhmləri isə İstanbul Fond Birjasında (“Borsa İstanbul”) dövriyyədədir. “Petkim”in səhmlərinin qiyməti bu ilin əvvəlindən 4% artaraq 8,11 lirəyə çatıb. Ötən il isə qiymətli kağızların dəyəri 2,3 dəfə artım nümayiş etdirib.  “Petkim” Türkiyənin ilk və yeganə neft-kimya kompleksi və Egey bölgəsinin ən böyük ixracatçısıdır. Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır