Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

İndiyədək “Neft Daşları” yatağından 176,4 milyon ton neft və 14 milyard kubmetr təbii qaz çıxarılıb

İşlənmənin əvvəlindən bu vaxtadək “Neft Daşları” yatağından təxminən 176,4 milyon ton neft və 14 milyard kubmetr təbii qaz hasil edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.

SOCAR rəsmisi qeyd edib ki, hazırda yataqda illik neft hasilatı 945-950 min ton, qaz hasilatı isə 85 milyon kubmetr həcmindədir. Bu yataq Azərbaycanı dənizdə neft hasilatının vətəni, Neft Daşlarını isə dünyanın 8-ci möcüzəsi kimi tarixə salıb. Yataq neft-qaz sənayesinin inkişafında yeni mərhələnin - dəniz yataqlarının mənimsənilməsi mərhələsinin başlanğıcını qoyub. Dünya təcrübəsində ilk dəfə açıq dənizdə estakada dirəkləri üzərində dəniz mədəni tikilib. Ötən illərdə Neft Daşlarında meydançalarla birlikdə təxminən 300 kilometr estakada inşa edilib. Neft Daşları Azərbaycanda neft hasilatının artmasına təkan verib. Respublikada illik neft hasilatı 1948-ci ildəki 14 milyon tondan 1966-cı ildə 22 milyon tona çatıb. Dünya təcrübəsində ilk dəfə olaraq dənizdə laylara suvurma metodu məhz “Neft Daşları” yatağında tətbiq edilib. İşlənmənin əvvəlindən bəri Neft Daşlarında laylara 270 milyon kubmetrə yaxın su vurulub, bunun da nəticəsində quyuların fontan üsulu ilə işləməsinin müddəti xeyli uzadılıb və layların neftvermə əmsalı xeyli artıb.

“Neft Daşları” yatağı açıq dənizdə təcrübəli kadrların hazırlanması üçün praktiki məktəb olub. Həmin mütəxəssislər nəinki Azərbaycanda və keçmiş SSRİ-də, həmçinin dünyanın bir çox ölkələrində müvəffəqiyyətlə işləyirdilər. Abşeron-Balaxanıyanı qalxımından neft alınması sonradan “Azəri-Çıraq-Günəşli” kimi yataqların açılmasına zəmin yaradıb. Dünyada dəniz akvatoriyalarının mənimsənilməsi epoxasının əsasını qoymuş “Neft Daşları” yatağının kəşfi təkcə keçmiş SSRİ-də - Xəzərdə, Oxot, Barents dənizlərində, Qara dənizdə deyil, həm də dünyanın bütün dəniz və okean akvatoriyalarında - Meksika körfəzində, Şimal dənizində axtarış-kəşfiyyat işlərinin inkişafına güclü təkan verib. Hazırda dünya üzrə axtarış-kəşfiyyat işlərinin və karbohidrogen hasilatının böyük bir hissəsi dəniz akvatoriyalarının payına düşür. Dünya okeanları və dənizlərinin şelfində işlərin miqyası sürətlə genişlənir. Suyun dərinliyi min metrdən çox olan sahələrdə karbohidrogen ehtiyatlarının mənimsənilməsi prosesi gedir və biz fəxrlə deyə bilərik ki, bu böyük prosesin təməlini Azərbaycan neftçiləri qoyublar”, - deyə akademik bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır