TRACECA-nın Azərbaycan hissəsində daşınan yüklərin həcmi açıqlanıb
Yanvar-fevral aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 8,5 milyon ton, yük dövriyyəsi isə 1 milyard 773 milyon ton-kilometr olub.
Azərtaca Dövlət Statistika Komitəsindən bildirilib ki, dəhliz vasitəsilə daşınmış yüklərin 17 faizini və ya 1 milyon 450 min tonunu tranzit yüklər təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır