Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-14,
Seanews
Heyder Eliyev

Ciddə limanında logistika mərkəzi tikilir

“DP World” və Səudiyyə Limanlar İdarəsi (“Mawani”) Ciddə İslam Limanında yeni logistika parkının tikintisinə başlayıb.

“Seanews.az” xəbər verir ki, investisiya layihəsinin dəyəri 900 milyon Səudiyyə rialı (250 milyon dollar) səviyyəsində qiymətləndirilir.

Ciddə Logistika Parkı 415 min kvadratmetr sahədə tikiləcək. Anbarların sahəsi 185 min kvadratmetr olacaq və gələcəkdə 200 min kv.m-ə qədər genişləndirilə bilər.

Park “DP World”-ün regionda mövcudluğunu gücləndirəcək və Səudiyyə Ərəbistanını ən son multimodal logistik həllərlə təmin edəcək.

Logistika mərkəzi “DP World” və “Mawani” arasında 2022-ci ildə bağlanmış 30 illik konsessiya müqaviləsi əsasında tikilir.

İki mərhələdə həyata keçiriləcək layihənin birinci hissəsinin açılışı 2025-ci ilin ikinci rübünə nəzərdə tutulur.

Anbarların damında 20 MVt-a qədər elektrik enerjisi istehsal edəcək günəş panelləri kompleksi quraşdırılacaq.

Bundan əvvəl, 2020-ci ildə tərəflər Cənub Konteyner Terminalının istismarı və idarə olunması üçün analoji konsessiya müqaviləsi bağlamışdılar. 2024-cü ilin dördüncü rübündə istifadəyə verilməsi planlaşdırılan obyektin genişləndirilməsi və modernləşdirilməsi layihəsinin sonuncu mərhələsi tamamlanmaq üzrədir. Nəticədə Cənub Terminalında konteyner dövriyyəsi 5 milyon TEU-ya yüksəlməlidir.

Qeyd edək ki, “DP World”-ün hər iki layihəyə ümumi investisiyası 1 milyard dollara çatır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır