“ZIM” Aralıq dənizi - Qara dəniz xidmətinə daha bir liman əlavə edir
“ZIM Integrated Shipping Services Ltd.” həftəlik “Levant - Black Sea Express” (“LBX”) xidmətinə Salonikiyə gəmi səfərini də əlavə edir.
"Seanews.az" xəbər verir ki, gəmi Hayfa - İsgəndəriyyə - İstanbul (Anbarlı) - Saloniki - Əliağa (İzmir) - Antalya - İsgəndəriyyə - Hayfa ardıcıllığı ilə limanlara yan alacaq.
Xidmət iyundan yeni cədvəllə işə başlayacaq.
“ZIM”-in saytında dərc olunan cədvələ əsasən, xidmətə 2002, 2027 və 2009-cu illərdə tikilmiş 1115-1425 TEU tutumu üç konteyner gəmisi cəlb olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır