Süveyş kanalının gəliri 717 milyon dollar olub
Süveyş kanalının 2023-cü ilin yanvar ayı üçün gəliri ötən ilin yanvarından (492,3 milyon dollar) 45,6% artaraq 717 milyon dollar təşkil edib.
“Seanews.az”-ın məlumatına görə, ümumilikdə ilin ilk ayında kanaldan 1953 gəmi keçib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə (1612 gəmi) 21,2% çoxdur.
Gəmilərin ümumi tonajı 110,6 milyon ton təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 15,7% artım deməkdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır