Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

Cənubi Koreya Qətər üçün tankerlər inşa edəcək

Cənubi Koreyanın “Daewoo Shipbuilding & Marine Engineering Co.” (DSME) gəmiqayırma zavodu 1,07 trilyon von (850 milyon dollar) dəyərində sifariş alıb. Mayeləşdirilmiş təbii qazın (LNG) nəqli üçün dörd tanker tikilməlidir. Sifarişçi Qətərin dövlət neft şirkətidir.

“Seanews.az” xəbər verir ki, alınan sifarişlərin həcminə görə, dünyanın dördüncü ən böyük gəmi istehsalçısı olan “DSME” cənub sahilindəki Okpo tərsanəsində 174 min kubmetrlik LNG daşıyıcılarını inşa edəcəyini və 2025-ci ilin birinci yarısına qədər təhvil verəcəyini öhdəsinə götürüb.

Daha əvvəl, 2020-ci ilin iyun ayında, “DSME” və Koreyanın digər iki gəmiqayırma nəhəngi - “Hyundai Heavy Industries Co.” və “Samsung Heavy Industries Co.” şirkətləri  Qatar Petroleum” ilə 2027-ci ilə qədər 100-dən çox LNG gəmisi tikmək üçün müqavilə imzalamışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır