Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

Çinin qazma qurğularına xidmət göstərən və LNG ilə işləyən ilk “ağıllı” gəmiləri - VİDEO

Çinin mayeləşdirilmiş təbii qazla işləyən (LNG) və qazma platformalarına xidmət göstərən “ağıllı” gəmilərinin ilk partiyası Nantun şəhərinə (Tszyansu əyaləti) çatdırılıb.

“Seanews.az” xəbər veriri ki, “Offshore Oil 542” və “Offshore Oil 547” adlandırılan gəmilər, o cümlədən monitorinq, yüklərin çatdırılması, xilasetmə və yanğınla mübarizə də daxil olmaqla xüsusi olaraq dəniz neft və qaz layihələrinə xidmət üçün nəzərdə tutulub.

“Wuchang Shipbuilding Industry Group”-un baş direktor müavininin sözlərinə görə, bunlar LNG ilə işləyən və göyərtəsində dörd “ağıllı” sistemə malik dünyada ilk dəstək gəmiləridir.

Belə ki, "ağıllı" naviqasiya sistemi avtomobillərin avtomatik idarəetmə funksiyasına bənzəyir. Dumanda və ya gecə, o, toplanmış məlumatları təhlil edərək gəmini idarə edən insanlara optimal naviqasiya təklifləri verməklə toqquşmaların qarşısını ala bilər.

Bundan əlavə, smart sistem gəminin daha qənaətli işləməsi üçün gəmi naviqasiyası, hidrologiya və meteorologiya məlumatlarını birləşdirir. Tərtibatçılar gəminin səmərəliliyinin 15% artacağına, istismar xərclərinin isə 10% azalacağına inanırlar.

“Offshore Oil 542” və “Offshore Oil 547”  mayeləşdirilmiş təbii qazla işləyən ilk dəstək gəmiləridir. Ümumilikdə yeni nəsildən 12 gəminin inşası planlaşdırılır.

Hazırda dünyada dənizdə neft kəşfiyyatına xidmət edən 4400, Çində isə 300-dən çox belə gəmi var.

Eyni zamanda, Çin dünyada LNG ilə işləyən ağıllı dəstək gəmiləri inşa edən ilk ölkə oldu.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır