Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

“ADNOC Logistics and Services” mayeləşdirilmiş təbii qaz daşımaq üçün üç yeni tanker alacaq

Abu Dabi Milli Neft Şirkəti ADNOC-un törəmə şirkəti olan “ADNOC Logistics and Services” mayeləşdirilmiş təbii qaz daşımaq üçün üç yeni tanker alacaq.

“Seanews.az” xəbər verir ki, hər gəminin tutumu 175 min kubmetrdir. Bu da şirkətin hazırkı ticarət donanmasını təşkil edən qaz daşıyıcılarının tutumundan 38 min kubmetr çoxdur.

Aprelin 12-də ADNOC iki oxşar gəminin alındığını bildirib. Beləliklə, 2025-ci ilə qədər şirkətin donanması beş yeni LNG tankeri ilə tamamlanacaq. Onların hamısı Çinin “Tzyannan” gəmiqayırma zavodunda tikiləcək.

"ADNOC təbii qazın çox mühüm rol oynadığı qlobal enerji bazarında fəal iştirakçıdır. “ADNOC Logistics and Services”-in beş ən müasir LNG daşıyıcısını alması ADNOC-un LNG biznesini gücləndirəcək",- deyə şirkətin  baş direktoru Abdel Kərim Al-Masabi söyləyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır