Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

Çinin maliyyə şirkəti dörd “CROWN63 plus” quru yük gəmisinin tikintisi üçün müqavilə imzalayıb

Çinin “China Merchants Bank (CMB) Financial Leasing” maliyyə şirkəti  “SUMEC” və “New Dayang Shipbuilding” şirkətləri ilə dörd “CROWN63 plus” (dedveyti 63 000 ton) quru yük gəmisinin tikintisi üçün müqavilə imzalayıb.

“Seanews.az” xəbər verir ki, “CROWN63 plus” balkeri layihəsi klassik “CROWN” seriyası brendinin təkmilləşdirilmiş variantıdır.

Qeyd olunur ki, 2021-ci ildən bəri “SUMIC” şirkəti “CROWN63 plus” layihəli gəmilərin tikintisi üçün 20-dən çox müqavilə imzalayıb.

Bundan əlavə, “CMB Financial Leasing” “Dalian COSCO KHI Ship Engineering” şirkəti ilə dedveyti 82 min ton olan yükdaşıyıcıların tikintisi üçün daha dörd müqavilə imzalayıb. Gəmilərin 2024-cü ildən sifarişçiyə çatdırılmasına başlanacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır