Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

“RoPax” tipli beş gəminin tikintisi üçün müqavilə imzalanıb

Niderlandın “Damen Shipyards Group”-u  Malayziyanın “Penang Port Sdn Bhd” gəmiçilik şirkəti  ilə “RoPax” tipli beş gəminin tikintisi üçün müqavilə imzalayıb. Gəmi inşaatçılarının məlumatında ​​ bu gəmilərin sərnişin-yük daşıyan bərələr olduğu bildirilir.

“Seanews.az” xəbər verir ki, Battervort ilə Penanq adası və Corctaun arasında bərə keçidinə xidmət göstərəcək yeni gəmilər maksimum 250 sərnişin və 50 nəqliyyat vasitəsini daşımaq üçün nəzərdə tutulub.

Bərələrin 2023-cü ilin ortalarında sifarişçiyə təhvil verilməsi planlaşdırılır. Onların hər il təxminən 2,5 milyon sərnişin və 1,5 milyon ikitəkərli avtomobil daşıyacağı ehtimal edilir.

“Damen Shipyards Group”-u  35 gəmiqayırma və gəmi təmiri zavodunu birləşdirir. Bu günə qədər qrup 6000-dən çox gəmi inşa etmişdir. Təkcə 2020-ci ildə şirkət sifarişçilərə 143 gəmi təhvil vermişdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır