Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Sualtı kosmos və qanadlı katamaran: gələcəyin gəmiləri haqqında dizaynerlərin maraqlı ideyaları

Gəmi mühəndisləri və dizaynerləri layihələndirmə zamanı gələcəkdə vaxtının böyük hissəsini suyun üzərində və ya altında keçirən insanların rahatlığına xüsusi diqqət yetirirlər.

Şəxsi məkan

Dizayner Artyom Muraşovun fikirinə görə, hazırda sualtı qayıqların yataq yerləri kayutdan daha çox qatarların ümumi vaqonlarına bənzəyir. Ona görə də yeni layihələrdə dənizçilərin rahatlığı haqqında düşünmək lazımdır.

Burada əsas ideya hər bir heyət üzvü üçün şəxsi məkan yaratmaqdır. Başqa sözlə, kapsula tipli kayutlarda o qədər böyük olmasa da, matrosa özəl yer ayrılır.

Bəzi dizaynerlər kruiz gəmilərində də belə kayutların yaradılmasının əhəmiyyətli ola biləcəyini deyir. Bunun hesabına gəmidə boş sahələr daha çox olacaq və sərnişinlərin istirahəti üçün imkanlar genişlənəcək.

İnnovasiyalar və məxfilik

Artyom Muraşov kapsul-kayutların dizayn və funksionallığını matroslarla birlikdə hazırlayıb. O, sualtı qayıqların layihələndirilməsi zamanı dənizçilərlə daim təmasda olub.

“Mən onlarla əsas ideyaları müzakirə edirdim. Təbii ki, bu adamlar özləri üçün lazım olan rahatlığı hamıdan yaxşı bilirlər.”

 

Sualtı qayığın kapsul-kayutunda interaktiv monitor yerləşdirilib. Monitora zəngli saat, temperaturu göstərən xüsusi tətbiqlər yüklənib. Eyni zamanda bu monitorun köməyi ilə hər çarpayı yeri üçün quraşdırılmış havalandırmanı və lampanı (rəngi və parlaqlığı dəyişən) idarə etmək mümkündür.

Bu ekran audio və video cihazları da dəstəkləyir. Onun yanında 2 elektrik yuvası, 2 USB çıxışı və qulaqcıq üçün giriş var. Çarpayının yuxarısında dolab quraşdırılıb. Bu dolabda matrosun şəxsi əşyaları olur. Əşyaların hətta uzanmış vəziyyətdə görünməsi üçün dolab şəffaf materialdan hazırlanıb.

Bu yeniliyin əsas üstünlüyü onun səskeçirməzliyidir. Bundan əlavə, kayutların xüsusi qapayıcılara malik olması matros üçün tam məxfilik yaradır. Dizaynerin dediyinə görə,  bu,  matrosların ən çox qeyd etdikləri məqamdır.

Eyvan və genişlik

Gəzinti gəmisi elə hazırlanıb ki, sərnişinlərin heyət üzvləri ilə yolları kəsişmir. Bunun üçün mühəndis gəmidəki logistika üzərində xüsusi işləyib.  

O, gəminin xarici görünüşünü təbiətdən və onun su səthi ilə təmasından ilhamlanaraq yaradıb. Hər bir kayutdakı məkanın vizual olaraq geniş görünməsi üçün gəminin mühəndisi 4 tərəfin şüşədən olması ideyası üzərində dayanır.

“Sərnişin komfort və servislə yanaşı, xarici və daxili görünüşün cazibəliyini qiymətləndirir. Layihə həlləri və təkmilləşdirilmiş ümumi yerləşdirmə hesabına biz sərnişinlər üçün daha yaxşı şərait yarada bilmişik. Bu layihə həllərinə fərdi eyvanlar, daha çox ictimai zonalar və göyərtələrarası daha geniş məsafəni aid etmək olar.” – deyə mühəndis gördüyü işin incə məqamlarını bölüşür.

Zövqlü katamaran

İstirahəti özəl və elit etmək istəyirsizsə, III kurs tələbəsi Vadim Makeyevin layihələndirdiyi zövqlü katamaran sizə bu həzzi yaşada bilər. Uzunluğu 14 metr olan bu “su velosipedi”-nin dizaynı İsveç avtomobili brendinə uyğun hazırlanıb.

  

Vadim layihəsi haqqında deyir: “Burada işıq texnikası sahəsinin müasir texnologiyaları tətbiq edilib. Katamaranın burun hissəsində qatlanan “qanadlar” çimərlik sahəsini daha da genişləndirir. Üst meydançanın (flight bridge) pilləkənlərı enib-qalxandır. Bu, pis hava şəratində onları bağlamaq üçün nəzərdə tutulub. Nəticədə görüntü daha da yaxşılaşır və su göyətrədən daha tez axıb gedir.”

Mühəndis göyərtənin xairici səthinin ötrülməsində də innovasiyalardan istifadə edib. Belə ki, sözügedən hissəyə rezin örtüklər çəkilib. Bu qara rəngli səthin günəş şüalarından qızmaması və eyni zamanda təhlükəsizlik üçün nəzərdə tutulub. Belə ki, rezin çəkilən səth sürüşkən olmur.

Burada tənzimlənən dairəvi işıqlandırma da mövcuddur.

 

Seanews.az

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır