• Bakı, 2021-10-27,
Seanews
Heyder Eliyev

“Kastellammare-di-Stabia” gəmiqayırma zavodunda “Explora II” kruiz gəmisinin özülü qoyulub

“Fincantieri” qrupuna daxil olan “Kastellammare-di-Stabia” gəmiqayırma zavodunda “Explora II” kruiz gəmisinin özülü qoyulub.

“Seanews.az”-ın məlumatına görə,  bu, “Fincantieri”-nin “MSC Group” üçün inşa etdiyi dörd yeni lüks kruiz gəmisi seriyasından ikincisidir.

Bu sinif kruiz gəmilərinin inşasına dair müqavilə 2018-ci ildə bağlanıb. Müqavilənin ümumi dəyəri 2 milyard avrodan çoxdur.

Seriyanın “Explora I” adlı ilk gəmisi Monfalkone gəmiqayırma zavodunda, “Explora II” adlı ikinci gəmisi isə Genuezskdəki “Sestri Ponente” gəmiqayırma zavodunda inşa ediləcək. Laynerlər müvafiq olaraq 2023 və 2024-cü illərdə istifadəyə veriləcək.  

Dörd gəminin ümumi tonajı təxminən 64 min tondur. Hər laynerin 461 geniş çoxotaqlı kayutları olacaq.

“Fincantieri”, 200 il əvvəl qurulan ən böyük gəmiqayırma qruplarından biridir. Şirkət indiyədək 7 mindən çox müxtəlif gəmilər inşa edib. “Fincantieri”nin təkcə 1990-cı ildən sonra inşa etdiyi  kruiz gəmilərinin sayı 100-dən çoxdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır