Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-23,
Seanews
Heyder Eliyev

Niderland tərsanəsində mayeləşdirilmiş karbon qazının daşınması üçün yeni gəmi suya buraxılıb

Niderlandın “Royal Niestern Sander” tərsanəsində Danimarkanın sahildəki anbarlarından mayeləşdirilmiş karbon qazını (LCO2) Şimal dənizindəki dəniz platformasına daşımaq üçün nəzərdə tutulmuş tankerinin suya buraxılması və adlandırılması mərasimi keçirilib.

“Seanews.az” xəbər verir ki, “Carbon Destroyer 1” adlandırılan gəminin tikintisi layihəsi “INEOS Energy” və “Royal Wagenborg” şirkətləri ilə birgə həyata keçirilib.

Bu, CO2 daşımaq üçün “Greensand” layihəsi çərçivəsində Avropa tərsanəsində inşa edilən ilk gəmi və karbon tutma və saxlama (“CCS”) sistemləri üçün Avropa Birliyinin dəyər zəncirinin yaradılmasında ilk addımdır.

“Carbon Destroyer 1” tankeri “Royal Wagenborg” və “Royal Niestern Sander” şirkətlərinin birgə hazırladığı “EasyMax” çoxməqsədli gəmilər seriyasına əsaslanır və CO₂-nin təzyiq altında və aşağı temperaturda daşınması üçün uyğunlaşdırılıb. Gəminin 2025-ci ilin sonu və ya 2026-cı ilin əvvəlində tam istismara verilməsi gözlənilir.

Hazırda “Greensand” layihəsinin bir hissəsi kimi Esbjerg limanında yeni sahil terminalı tikilir.

Qeyd edək ki, Britaniyanın beynəlxalq neft-kimya konserni “INEOS” (qərargahı Londonda yerləşir, Men adasında qeydiyyatdan keçib) dünyanın 29 ölkəsində 194 müəssisəni idarə edir. Şəxsi heyətin ümumi sayı 26 min nəfərdir.

Ailəyə məxsus ən qədim Niderland şirkəti “Royal Wagenborg” (1898-ci ildə yaradılmışdır) dəniz logistikası sahəsində fəaliyyət göstərir.

Niderlandın “Royal Niestern Sander” tərsanəsi isə gəmilərin yenidən qurulması layihələri üzrə ixtisaslaşmışdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır